Naxçıvanda 212 milyon yeyintidə ittiham edilən məmur vəzifəsini itirdi

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad edilib.

Aktualtv.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin birinci müavini Azər Zeynalov sərəncam imzalayıb.

Sərəncama əsasən, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndi rəhbər tutularaq Hicran Yaqub oğlu Rüstəmov Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsindən azad olunub.

Xatırladaq ki, H.Rüstəmov 212 milyon 361 min manat dövlət vəsaitinin mənimsənilməsində ittiham edilir.

Qeyd edək ki, bu gün Naxçıvan MR-in maliyyə naziri Rafael Rza oğlu Əliyev də vəzifəsindən azad edilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]