Qazaxıstan televiziyasında Azərbaycan dilində xəbərlər təqdim olunmasına başlanıb

Qazaxıstanın Türkistan televiziyasında “Turan Today” xəbərlər proqramının Azərbaycan dilində xidməti fəaliyyətə başlayıb.

Proqramın aparıcısı Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin Tibb fakültəsində təhsil alan III kurs tələbəsi Elvin Həsənovdur.  O, 2001-ci ildə Azərbaycanda doğulub.  Soydaşımız Türkistan TV-də türk dilində də proqram aparır.

Qeyd edək ki, “Turan Today” xəbərlər proqramında türk dövlətlərində, o cümlədən Azərbaycanda baş verən hadisələr barədə xəbərlər təqdim edilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]