Bəyaz Cabbarovun qətlinə görə tutulanların kimliyi məlum oldu

Xəbər verdiyimiz kimi, Yevlax Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Bəyaz Cabbarovun yaşadığı evdə öldürülməsi ilə bağlı tutulanlar var. 

Aktualtv.az xəbər verir ki“Qafqazinfo” qətli törədən şəxslərin kimliyi ilə bağlı məlumat əldə edib.

Məlumata görə, onu 3 nəfər birləşərək qətlə yetiriblər. Həmin şəxslər 30 yaşlı Daşqın Xəlilov, 18 yaşlı Fəxri Allahverdiyev və 17 yaşlı R.M. – dir.

Əldə etdiyimiz məlumata görə, təqsirləndirilən şəxslərdən ikisi – D.Xəlilov və R.M. artıq tutulub. F.Allahverdiyevin axtarışları isə davam etdirir.

Qeyd edək ki, faktla bağlı Yevlax Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]