“İrəvanın bu addımı KTMT üçün çətinliklər yaradır” – Rusiya XİN

İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) “Sarsılmaz Qardaşlıq – 2023” təlimlərini Ermənistan ərazisində keçirməməsi təşkilatın müttəfiqləri üçün müəyyən çətinliklər yaradır. 

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

“Aydındır ki, bu məsələdə Ermənistan mövcud vəziyyəti nəzərə alaraq silahlı qüvvələrinin qarşısında duran prioritet vəzifələr əsasında fəaliyyət göstərməkdə davam edir. Xatırlatmaq istərdim ki, ötən il Ermənistan Müdafiə Nazirliyi KTMT-nin Qazaxıstanda keçirilən birgə təlimlərində iştirak etmək üçün hərbi kontingent ayırmayıb. Bu, əlbəttə ki, müttəfiqlər üçün müəyyən çətinliklər yaradır və onları hərbi idarələr tərəfindən artıq razılaşdırılmış planları yenidən cızmağa məcbur edir”, – Zaxarova deyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]