Nazirlik bu qurumla bağlı qərar VERDİ

Dövlət Geoloji İnformasiya Fondunun hüquqi statusu müəyyənləşib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin kollegiyası qərar qəbul edib.

Qərara əsasən, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Geoloji İnformasiya Fondunun Əsasnaməsi təsdiqlənib.

Əsasnaməyə görə, Fondun müstəqil balansı, Nazirlik tərəfindən onun istifadəsinə verilmiş əmlakı, xəzinə hesabı, Nazirliyin və Fondun adının yazıldığı və “Azərbaycan Respublikasının Dövlət Gerbindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, həmçinin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri həkk olunmuş möhürü, müvafiq ştampları və blankı var.

Eyni zamanda Fondun əqdlər bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək hüququ, həmçinin vəzifələri var.

Qeyd edək ki, Dövlət Geoloji İnformasiya Fondu daha əvvəl Milli Geoloji Kəşfiyyat Xidmətinin tərkibində olub. Prezident İlham Əliyevin 27 aprel 2022-ci il tarixli Fərmanı ilə xidmət Nazirliyin tabeliyində Geoloji Kəşfiyyat Agentliyi publik hüquqi şəxsə çevrilib. Eyni zamanda nazirliyə Dövlət Geoloji İnformasiya Fondunun fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərini təqdim etmək tapşırılıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]