Putin naziri sərt tənqid etdi – “Niyə boş-boş oturursunuz?” – Video

Rusiya Prezidenti Vladimir Putin yanvarın 11-i nazirlər və digər qurumların rəhbərləri ilə görüş keçirib.

Aktualtv.az Rusiya mediasına istinadən xəbər verir ki, onlayn şəkildə keçirilən iclas zamanı Putin ölkənin Baş nazirinin müavini, sənaye və ticarət naziri Denis Manturovu kəskin tənqid edib.

Belə ki, Rusiya lideri Manturovu aviasənayedə bir çox müəssisədə yeni təyyarələrlə bağlı sifarişlərin olmamasına görə danlayıb.

Onun sözlərinə görə, zavodlarda hələ də sifarişlər yoxdur: “Direktorlar mənə dedi ki, müəssisələrdə hələ də müqavilələr yoxdur. Niyə boş-boş oturursunuz? Müqavilələr nə vaxt hazır olacaq?”

Putin göstəriş verdiyi işlər gec yerinə yetirildiyi üçün Manturova öz iradlarını bildirib.

Qeyd edək ki, Vladimir Putin Manturova ölkəyə nə qədər mülki, nə qədər hərbi təyyarələrin lazım olduğunu müəyyən etmək üçün Müdafiə Nazirliyi ilə yeni təyyarələrin tədarükü məsələsini həll etməyi tapşırıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]