Aktau şəhərindəki diaspor fəalları yeni konsulla görüşüblər

Qazaxıstanın Aktau şəhərində yaşayan Azərbaycan icması təmsilçilərinin ölkəmizin Baş Konsulluğunun yeni təyin olunmuş başçısı v.i.e., konsul Elçin Məmmədovla görüşü keçirilib.

Diaspor nümayəndələrini salamlayan konsul Aktaudakı soydaşlarımızın Azərbaycan həqiqətlərinin və zəngin mədəniyyətimizin təbliği istiqamətində gördükləri işlərlə maraqlanıb.

Tədbirdə çıxış edən “Dostluq” İctimai birliyinin sədri Şəmsəddin Hüseynov Azərbaycanın qədim tarixi və zəngin mədəni irsinin təbliği, gənclərin vətənpərlik ruhunda yetişdirilməsi naminə gerçəkləşdirilmiş layihələrdən danışıb.

Tədbir bu il həyata keçirilməsi nəzərdə tutulmuş yeni layihələr barədə fikir mübadiləsinin aparılması, sualların cavablandırılması ilə davam edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]