ABŞ Dövlət Departamentinin idarə direktoru Azərbaycanda səfərdədir

ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Məsələləri Bürosunun Qafqaz İşləri və Regional Münaqişələr İdarəsinin direktoru Mark Kemeron Azərbaycanda səfərdədir.

Bu barədə Birləşmiş Ştatların Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd olunub ki, o, Bakıda səfirliyin komandası ilə daxili görüşlərə qatılacaq, Amerika guşəsinin tədbirində çıxış edəcək, həmçinin müxtəlif rəsmilər, habelə ABŞ hökumətinin iqtisadi, siyasi və digər tərəfdaşları ilə görüşəcək.

“O, öz görüşlərində qeyd edəcək ki, Birləşmiş Ştatlar Cənubi Qafqaz regionu üçün təhlükəsiz, sabit, demokratik, firavan və dinc gələcəyin təşviqinə sadiq qalır. O, tərəflər arasında olan məsələlərin həlli və davamlı sülhə nail olmaq üçün birbaşa dialoqun əsas olduğunu vurğulayacaq”, – məlumatda deyilib.

Qeyd edək ki, M.Kemeron Gürcüstanda, həmçinin Türkiyənin Adana və Ankara şəhərlərində xidmət edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]