“Burada pendir, kolbasa satırdıq” – Ərdoğanın uşaqlıq xatirəsi…

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rami Kitabxanasının Açılış Mərasimində özü barədə maraqlı açıqlamalar verib.

Aktualtv.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Prezident kitabxananın hazırda yerləşdiyi məkan barədə danışıb.

O bildirib ki, burada onun çoxlu uşaqlıq xatirələri var:

“Rami məhəlləsi mənim üçün çox əhəmiyyətlidir. Xeyli vaxt burada pendir, kolbasa və s. satırdıq. Biz burada top oynayırdıq. Yəni bizim belə bir yerdə tariximiz var”.

Qeyd edək ki, kitabxananın sahəsi 36 min kvadratmetrdən çoxdur. Burada hələ ki, 2,5 milyondan çox kitab var.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]