SpaceX ABŞ Kosmik Qüvvələrinin rabitə peykini orbitə buraxıb – ÖZƏL

ABŞ Kosmik Qüvvələrinin hərbi rabitə peykini orbitə daşıyan “SpaceX”-in “Falcon Heavy” raketi uğurla buraxılıb.

AktualTV.az xəbər verir ki, ABŞ-ın kosmik nəqliyyat şirkəti SpaceX, ABŞ Kosmik Qüvvələrinə məxsus hərbi rabitə peykini orbitə göndərib.

CBAS-2 peyki və onu müşayiət edən hissələri daşıyan Falcon Heavy raketi dünən NASA-nın Florida ştatındakı Kennedi Kosmik Mərkəzindən uğurla buraxılıb.

USSF-67 adlanan missiyanın ABŞ-ın yüksək səviyyəli rəhbərləri və hərbi personalının ünsiyyətini dəstəkləmək məqsədi daşıdığı öyrənilib.

Amerikalı sahibkar və milyarder iş adamı İlon Mask tərəfindən qurulan kosmik nəqliyyat şirkəti SpaceX, Falcon 9, Falcon Heavy, Starlink, Dragon Cargo və Starship kimi kosmik nəqliyyat vasitələrini birləşdirir.

Məlumdur ki, şirkət kosmik daşımaların xərclərini azaltmaq məqsədi ilə yaradılıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]