Vaqnerin yüksək vəzifəli üzvü Norveçdən sığınacaq istəyir – ÖZƏL

Rusiyanın “Vaqner” hərbi şirkətinin yüksək rütbəli əməkdaşı olduğu bildirilən rusiyalı Andrey Medvedev Norveçdən sığınacaq istəyib.Norveç İmmiqrasiya Xidməti (UDI) Medvedevin sığınacaq istədiyini təsdiqləyib.

AktualTV.az xəbər verir ki, UDI Associated Press-ə verdiyi açıqlamada “təhlükəsizlik və məxfilik səbəbi ilə” məsələ ilə bağlı əlavə məlumat verə bilməyəcəyini bildirib.

Fayl Norveç hakimiyyət orqanlarına təqdim edildikdən sonra Medvedev Osloya təhvil verilib.Norveç polisi keçən həftə bir nəfərin Rusiya sərhədini keçərək Norveçə qanunsuz daxil olduğunu bildirib.

Norveçin NTB xəbər agentliyinin məlumatına görə, onun iyulun 6-da Vaqneri tərk etdikdən sonra qaçan Medvedyev olduğu güman edilir.

Rus oliqarx Yevgeni Priqojinə məxsus “Vaqner”in bir çox ölkədə, əsasən də Afrika qitəsində fəaliyyət göstərdiyi məlum olsa da, sözügedən rus hərbi şirkəti ötən ay Serbiyada “dostluq və əməkdaşlıq mərkəzi” qurduğunu açıqlamışdı.

Bildirilib ki, Moskvayönümlü RT xəbər portalı serb dilində Vaqnerin Ukraynada döyüşçülər axtarması barədə elan dərc edib və insanları buna təşviq edib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]