Cənubi Afrika Respublikası Rusiya və Çinlə birgə dəniz təlimi keçirəcək – ÖZƏL

Cənubi Afrika Respublikasının gələn ay ölkənin şərqindəki Hind okeanı sahillərində Rusiya və Çinlə birlikdə 10 günlük dəniz təlimi keçirəcəyi bildirilib.

Aktualtv.az xəbər verir ki, Cənubi Afrika Milli Müdafiə Qüvvələrindən (SANDF) verilən açıqlamada, Cənubi Afrika donanmasının 17-27 fevral tarixlərində ölkənin şərqindəki Durban və Riçard Körfəzi sahillərində Rusiya və Çin donanmaları ilə birgə təlimlər keçirəcəyi açıqlanıb. 
Açıqlamada “Mosi” adlı təlimə Cənubi Afrika ordusundan 350 şəxsi heyətin qatılacağı paylaşılıb. Mosi ölkənin yerli dillərindən biri olan Tsvanada “tüstü” deməkdir.

2019-cu ildə Cənubi Afrika donanması ölkənin cənub-qərb hissəsindəki Keyptaun sahillərində Rusiya və Çin donanmaları ilə birgə təlimlər keçirib.

Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadan ibarət BRİKS qrupuna 2023-cü ildə sədrlik edən Cənubi Afrikanın Rusiya və Çinlə güclü əlaqələri var.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun yanvarın 23-də Cənubi Afrikaya səfəri planlaşdırılır.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]