İnsanlar kədərlənəndə nə baş verir? – Şok tədqiqat

Arizona Universitetinin alimləri müəyyən ediblər ki, əhvalı pis olan insanlar hekayələri dinləyərkən səhvləri daha tez fərq edə bilirlər.

Aktualtv.az Teleqraf.com-a istinadən xəbər verir ki, tədqiqata cəlb olunanların hamısı qadınlar olub.

Alimlər tədqiqat iştirakçılarına “Sofinin seçimi” adlı filmindən kədərli səhnələr və “Dostlar” komediyasından bir hissə göstərməklə onların əhval-ruhiyyəsini manipulyasiya ediblər. Komediya janrında çəkilən film iştirakçıların əhval-ruhiyyəsinə təsir göstərməsə də, digər filmin səhnələri iştirakçılarda daha mənfi əhval-ruhiyyə yarada bilib.

İştirakçılar daha sonra bir sıra emosional neytral səs yazılarını dinləyiblər. Hər biri dörd cümlədən ibarət idi mənlərin yalnız birində xəta olub. Məsələn, gecə maşın sürmək haqqında hekayədə və ya ulduzlara baxmaqla bağlı mətndə “İşıqlar yandıqda, daha az görəcəksən” cümləsi yer alıb. Birinci halda bu ifadə səhv, ikincidə – düzgündür.

Alimlər müəyyən ediblər ki, iştirakçılar pis əhval-ruhiyyədə olanda səhvləri aşkar etməkdə daha effektiv olurlar. Beyin dalğalarının fəaliyyətinin təhlili insanların bu zaman daha diqqətli olduğunu təsdiqləyib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]