Ombudsman əməkdaşları Tofiq Yaqublu ilə görüşdü

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığı əsasında Milli Preventiv Qrupun (MPQ) üzvləri tərəfindən şəxslərin öz iradəsi ilə tərk edə bilmədiyi yerlərə başçəkmələr davam etdirilir.

Qurumdan verlən məlumata görə, başçəkmələr zamanı MPQ üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin İnzibati Həbs Olunanların Saxlama Mərkəzində, 16.01.2023-cü il tarixdə isə yeməkdən imtina etməsi ilə bağlı həmin mərkəzdən Ə.Məlikov adına Binəqədi Tibb Mərkəzinə köçürülmüş Tofiq Yaqublu orada fərdi qaydada qəbul edilib, onun səhhəti ilə maraqlanılıb, hüquqlarının təmini məsələsi araşdırılıb.

Konfidensial qaydada keçirilmiş görüşlərdə MPQ-nin psixoloq və həkim üzvləri də iştirak ediblər.

Görüş zamanı adıçəkilən şəxsin sağlamlıq vəziyyətinin həkim nəzarətində olduğu müşahidə edilib.

Qeyd olunur ki, T.Yaqublunun vəkil və ailə üzvləri ilə görüş hüququ ilə bağlı Ombudsmanın ünvanına daxil olmuş müraciətlər də dərhal araşdırılmaqla təmin olunub.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]