“Paşinyan bəyanat versə…”

Əgər Nikol Paşinyan Ermənistanın KTMT-dən çıxması prosedurunun başlandığını bəyan etsə, bu, Moskva-İrəvan münasibətlərinin korlanmasında yeni mərhələ olacaq. Biz bilirik ki, bu kimi məsələlər hazırda İrəvan tərəfindən ciddi şəkildə nəzərdən keçirilir.

Aktualtv.az axar.az-a istinadən bildirir ki, bunu Cənubi Qafqaz üzrə ekspert Andrey Areşev deyib.

“Moskva-İrəvan münasibətlərindəki problemlər nə dünən, nə də Paşinyan dövründə yaranıb, bu məsələlər daha əvvəl olub, Paşinyan dövründə daha da güclənib”, – o bildirib.

Areşev qeyd edib ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətlərini tənzimləməlidir:

“İrəvan-Ankara münasibətlərinin nizamlanması üçün məsləhətləşmələr aparılır, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinə dair danışıqlar gedir və bütün bunlar kifayət qədər ciddidir. Ötən ilin sonunda sülh müqaviləsinin bağlanması perspektivi ilə Paşinyanla Əliyev arasında sammitin hazırlanması məsələsi gündəmdə idi. Lakin sonra nəsə problem yarandı”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]