Yeni Zelandiyanın baş naziri Casinda Ardern gələn ay istefa verəcəyini açıqlayıb – ÖZƏL

2017-ci ildə 37 yaşında “dünyanın ən gənc qadın baş naziri” seçilən Ceysinda Ardern fevral ayında tutduğu vəzifədən istefa verəcəyini açıqlamışdı.
Aktualtv.az xəbər verir ki, Ardern fevralın 7-dək baş nazir və İşçi Partiyasının lideri postunu tərk edəcək.

Oktyabrın 14-də ölkədə ümumi seçkilər keçiriləcək. Seçkilərə qədər ölkədə vəzifəsini icra edəcək Baş nazirin müəyyən edilməsi üçün İşçi Partiyasında səsvermə keçiriləcək.

Ölkədə yay tətili zamanı atılacaq addımlara qərar verməyə çalışdığını deyən Yeni Zelandiya Baş naziri vəzifəsini davam etdirmək üçün “yetərli yanacaq olmadığını” və “son 6 ilin pis təsirləri olduğunu” söylədi. “.

Ceysinda Ardern , Covid-19 epidemiyası, 2019-cu ildə Kraystçörçdə 50 nəfərin ölümünə səbəb olan hücumlar və bir vulkanın püskürməsi kimi hadisələrlə keşməkeşli bir hakimiyyət dövründə liderliyinə görə dünya şöhrətini qazandı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]