Generallar Ermənistanla sərhədə getdilər – Fotolar

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev və nazirliyin digər vəzifəli şəxsləri N nömrəli hərbi hissədə olublar.

Müdafiə Nazirliyindən Aktualtv.az a verilən məlumata görə, hərbi xidmətə yeni çağırılan gənclərin ən çox toplandığı hərbi hissədə şəxsi heyətin qəbulu prosesi, onların ilkin təməl hazırlığı kursunda iştirakı və hərtərəfli təminatı yoxlanılıb.

General-polkovnik K.Vəliyev gənc əsgərlərin vətənpərvərlik ruhunda tərbiyə olunması, qanun və hərbi nizamnamələrin tələblərinə ciddi riayət etməsi, həmçinin onların intensiv döyüş hazırlığının təşkili və keçirilməsi məsələlərinə xüsusi diqqət yetirilməsi ilə bağlı vəzifəli şəxslərə tapşırıqlar verib.

Daha sonra Müdafiə Nazirliyinin rəhbər heyəti Ermənistanla sərhəddə yerləşən komando və digər hərbi hissələrdə olub, şəxsi heyətin intensiv dağ hazırlığı məşğələsini izləyib.

Yüksək dağlıq və çətin relyefli ərazidə hazırlıq keçən komandolarla görüşən general-polkovnik K.Vəliyev hərbi qulluqçuların praktiki məşqlərində əsas diqqətin döyüşün aparılmasının üsul və taktikasına yönəldilməsini tapşırıb.

Baş Qərargah rəisi hərbi qulluqçuların peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, təlim və məşqlərin intensivliyi və keyfiyyətinin daha da artırılması ilə əlaqədar aidiyyəti vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]