“Good Shepherd” Qida Bankının saytında Meyn Azərbaycan Cəmiyyətinin fəaliyyətində söz açılıb

“Good Shepherd” Meyn Ştatının Qida Bankının https://www.gsfb.org portalında Meyn Azərbaycan Cəmiyyətinin fəaliyyətindən bəhs edilib.

Məqalədə bildirilib ki, Azərbaycan Avropa və Asiya ilə həmsərhəd bölgədə yerləşir, xalqımızın mədəniyyətində həm Şərq, həm də Qərb təsirləri hiss edilir, ölkəmizdə etnik mənsubiyyət, din və dil baxımından müxtəlif millətlər birgə yaşayır.

Məqalədə Meyn Azərbaycan Cəmiyyətinin rəhbəri Tərlan Əhmədovun fikirlərinə yer verilib. O bildirib ki, Azərbaycan icmasının bir araya gətirilməsi, Meyndə məskunlaşan soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası, Azərbaycan mədəniyyətinin və mədəni müxtəlifliyin təbliği istiqamətində 15 ildir çalışan cəmiyyətin fəaliyyəti dəyişən ehtiyaclar səbəbindən müxtəlif spektrləri əhatə edir. COVID-19 koronavirus pandemiyası dövrünün çağırışlarına cavab verən cəmiyyət yerli sakinlərə, xüsusilə də təcrid vəziyyətində olan yaşlı insanlara müxtəlif maarifləndirici vasitələrlə və ərzaqla yardım edib, hazırda isə ukraynalı qaçqınlara köməyini əsirgəmir.

Tədbirlərin keçirilməsi ənənəsi qayıtdıqdan sonra cəmiyyətin icma quruculuğunu, mədəni tədbirləri davam etdirməklə insanların mənəvi rahatlıq tapmasına çalışdığı vurğulanıb. Bu baxımdan cəmiyyət insanları birgə toplantılarla bir araya gətirməyə çalışır. Çünki birgə məclislər insanlara öz mətbəxləri və mədəniyyətləri ilə fəxr etmək imkanı yaradır. Bu yaxınlarda Azərbaycan-Amerika cazmeni, bəstəkar Emil Əfrasiyabın iştirakı ilə “Pitsa və caz” tədbirinin keçirilməsi belə addımlardan biridir. Bu cür tədbirlər mədəniyyətlərarası mübadiləyə, Azərbaycan və Amerika mədəniyyətlərinin böyük zövqlə paylaşılmasına gətirib çıxarır.

Qeyd edək ki, “Good Shepherd” Ərzaq Bankı Meyn ştatında yoxsulluqla və aclıqla mübarizə aparan ən böyük yardım təşkilatıdır.

https://www.gsfb.org/blog/2023/01/12/culturally-relevant-food-series-azerbaijan-society-of-maine/

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]