Ərdəbilli jurnalist: “İran rejimi Azərbaycana qarşı kin-küdurət nümayiş etdirir”

“İran rejimi Azərbaycana qarşı kin-küdurət nümayiş etdirir”.

Bunu “Report”a açıqlamasında İsveçdə yaşayan, hazırda Şuşada səfərdə olan ərdəbilli jurnalist Əlirza Ərdəbili deyib.

“İran molla rejimi 43 ildir ki, hakimiyyətdədir və bu müddət ərzində cinayətlər davam edir”, – o bildirib.

Onun sözlərinə görə, İranda 3 ay ərzində 5 min insanın edam olunduğu vaxtlar da olub: “Bu, 1988-ci ildə olub. Ümumiyyətlə, onların cinayətlərinin sayı-hesabı yoxdur. Molla rejimi insanları, o cümlədən qızları öldürür və sonra adını “ürək çatışmazlığı” qoyur. Bu, gülüncdür. Hazırkı aksiyalar uzunmüddətdir gözlənilən idi. Qadınlar, gənc qızlar öz haqlarını müdafiə edirlər. Bu, haqq işidir”.

Jurnalist bildirib ki, İran rejimi Azərbaycana qarşı kin-küdurət nümayiş etdirir:

“İranın öz əhalisinə qarşı təzyiqi həm də bununla bağlıdır. Ümid edirəm ki, ən yaxın zamanda bu cinayətlərə son veriləcək. Bildiyiniz kimi, İran həmin cinayətləri təkcə öz xalqına qarşı yox, suriyalılara da tətbiq edir. Ümumiyyətlə, İran İslam Respublikası yarananadək belə hallar yox idi. “Əl- Qaidə”, “Taliban” və s. həmin ideologiyanın təzahürləridir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]