Böyük Britaniyada beyin sağlamlığını yoxlamaq üçün yeni proqram hazırlandı – ÖZƏL

Demans riskini azaltmaq üçün hər yaşda olan insanlara beyinlərinə yaxşı qulluq tövsiyə olunur.
İngiltərədəki Alzheimer Araşdırma Vəqfi (Alzheimer Research UK) tərəfindən aparılan araşdırmalar nəticəsində hazırlanan yeni tətbiq zehni aydınlıq, hərəkətlilik və sosial əlaqələrlə bağlı çoxlu təkliflər təqdim edir.

AktualTV.az xəbər verir ki, Məsələn, sosial münasibətlərdən qopmamaq üçün 40-50-ci illərdə mütəmadi olaraq qulaq müayinəsindən keçmək və eşitmə problemlərinin vaxtında qarşısını almaq təkliflər sırasındadır.

Ancaq demans hallarının əksəriyyətinin qarşısını bu cür vasitələrlə almaq mümkün deyil.

Bu baxımdan erkən diaqnoz və qabaqcıl müalicə hələ də həyati əhəmiyyət kəsb edir.

Tədqiqat demensiya ilə əlaqəli 12 risk faktorunu müəyyənləşdirdi.

Lazımi dəyişikliklər edilərsə, hər 10 nəfərdən 4-də yaddaş itkisi, çaşqınlıq və ünsiyyət problemlərinin inkişafı dayandırıla bilər.

Bu risk faktorlarına əsaslanaraq, siqaretdən imtina, spirt miqdarının azaldılması, müntəzəm idman və beyni canlı saxlamaq üçün fəaliyyətlər tövsiyə edilir.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]