Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə azalıb – ÖZƏL

Çinin əhalisi 1961-ci ildən bəri ilk dəfə olaraq 2022-ci ildə əvvəlki illə müqayisədə 850 min nəfər azalıb.

Aktualtv.az xəbər verir ki, Çin Milli Statistika Bürosunun məlumatına görə, Çin əhalisi 2022-ci ildə 2021-ci illə müqayisədə 850 min nəfər azalıb. 2022-ci ildə ölkədə 10,41 milyon insan öldüyü halda, 9,56 milyon körpə dünyaya gəlib. Beləliklə, 1950-ci illərin sonunda o vaxtkı lider Mao Tszedunun kənd təsərrüfatında kollektivləşdirmə praktikasından sonra on milyonlarla insanın quraqlıq və qıtlıq nəticəsində ölməsinin ardından 1961-ci ildən bəri ilk dəfə Çin əhalisi azaldı.

Bildirilib ki, ölkədə 2021-ci ildə 7,52 olan doğum səviyyəsi 2022-ci ildə 6,77-yə enib. Əvvəlki il 7,18 olan ölüm nisbəti 2022-ci ildə 7,37-yə yüksələrək 1976-cı ildən bəri qeydə alınan ən yüksək ölüm nisbətidir. Ümumi əhalinin sayı 1 milyard 411 milyon 750 min olaraq açıqlandı. Qeyd olunub ki, 16-59 yaş arasında olan əmək qabiliyyətli əhalinin sayı 875,56 milyon, 65 və yuxarı yaşda olan əhalinin isə 209,78 milyon nəfər təşkil edir. 

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]