Helikopter qəzasında ölən nazir cəbhə xəttinə gedirmiş

“Brovarıda helikopterin qəzaya uğraması nəticəsində həlak olan Daxili İşlər Nazirliyinin rəhbərliyi döyüş əməliyyatlarının getdiyi qaynar nöqtələrdən birinə uçurdu”.

Aktualtv.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bu barədə prezident aparatının rəhbərinin müavini Kirilo Timoşenko brifinqdə bildirib.

“Daxili işlər naziri ölkəmizin qaynar nöqtələrindən birinə helikopterlə gedirdi”, – Timoşenko bildirib.

Bununla yanaşı, Timoşenko Daxili İşlər Nazirliyinin strukturlarının işləməkdə və öz funksiyalarını yerinə yetirməkdə davam etdiyini açıqlayıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]