Taylandın paytaxtı Banqkok yaxınlığında Mae Klonq çayında lövbər salmış neft tankerində baş verən partlayış nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb. İtkin düşən 4 ekipaj üzvü üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Aktualtv.az xəbər verir ki, Tailandın cənubundakı Samut Sonqxram əyalətindəki Mae Klonq çayında lövbər salan tankerdə şiddətli partlayış baş verib.
Neftlə yükləndiyi öyrənilən tankerin partlaması ətraf ərazilərdə də hiss olunub. Tayland Dəniz Administrasiyasının baş direktor müavini Phuriphat Thirakhunphisuth hadisə ilə bağlı açıqlamasında 1 dənizçinin həyatını itirdiyini, 4 ekipaj üzvünün itkin düşdüyünü bildirib.
İtkin düşən heyətin tapılması üçün axtarış-xilasetmə əməliyyatına başlanılıb. Thirakhunphisuth bildirib ki, partlayışın şiddəti ilə yaxınlıqdakı bir evin pəncərələri partlayıb, 2 nəfər yaralanıb.
Thirakhunphisuth yanğının böyümədən nəzarət altına alındığını və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Partlayışın səbəbi hələlik məlum deyil.










