“Zelenski ilə danışıqlardan söhbət gedə bilməz”

“Ukrayna prezidenti Volodimir Zelenski ilə danışıqlardan söhbət gedə bilməz”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli KİV-ə açıqlamasında deyib.

“Zelenski Rusiya hökuməti ilə danışıqları qanuni olaraq qadağan etdiyinə görə onunla danışıqlardan söhbət gedə bilməz”, – nazir deyib.

Qeyd edək ki, ötən gün Ukrayna prezidentinin mətbuat katibi Vladimir Zelenski Rusiya tərəfi ilə danışıqların əsas şərtlərini sadalayıb. Sergey Nikiforovun sözlərinə görə, Ukrayna “təcavüzkar ölkə ilə” danışıqların “bir sıra əsas, universal prinsiplərə” əsaslandığı təqdirdə, onunla razılaşmağa hazırdır. O əlavə edib ki, Kiyev Rusiya tərəfinin irəli sürdüyü “ultimatumları” imzalamaq niyyətində deyil.

Öz növbəsində, Rusiya rəsmiləri dəfələrlə Kiyev hakimiyyəti ilə danışıqlara hazır olduqlarını bəyan ediblər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]