22 qeyri-qanuni miqrant xilas edilib – ÖZƏL

Bodrum və Datça sahillərində 22 qeyri-qanuni miqrant xilas edilib

Aktualtv.az xəbər verir ki, Yunan ünsürləri tərəfindən rezin qayıqlarla Türkiyə ərazi sularına çıxarılan 22 qeyri-qanuni miqrant Muğlanın Bodrum və Datça rayonları sahillərindən çıxarılıb.

Sahil Təhlükəsizlik Komandanlığından verilən açıqlamaya görə, Bodrum mahalı sahillərində rezin qayıqda olan nizamsız miqrantların xəbərdar edilməsindən sonra Sahil Təhlükəsizlik qrupları bölgəyə istiqamətləndirilib.

Komandalar Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına çıxarılan rezin qayıqda olan 2 əcnəbi vətəndaşı Sahil Mühafizəsinin qayığına mindirərək sahilə çıxarıb.

Datça qəsəbəsində Yunan ünsürləri tərəfindən Türkiyə ərazi sularına itələnərək rezin qayıqlarda olan 20 nizamsız miqrant xilas edilib.

Qeyri-qanuni miqrantlar əməliyyatlardan sonra İl Miqrasiya İdarəsi Müdirliyinə təhvil verilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]