ABŞ ardıcıl silahlı hücumlarla sarsıldı – ÖZƏL

ABŞ-ın Kaliforniya ştatı qanlı hücuma səhnə olub. Hücum zamanı biri körpə olmaqla 6 nəfər həlak olub. Floridada daha bir atışmada 8 nəfər yaralanıb.

Aktualtv.az xəbər verir ki, Boudreaux rayonunda bir evdə açılan atəş nəticəsində 6 nəfər həlak olub.

ABŞ mətbuatı ölənlər arasında körpənin də olduğunu açıqlayıb.

Müstəntiqlərin ən azı iki şübhəlini axtardığı bildirilir. Səlahiyyətlilər qətllərin dəstə əlaqəsini araşdırır.

ABŞ-ın Florida ştatının Fort Pirs şəhərindəki İlous Ellis Parkında Martin Lüter Kinq Günü çərçivəsində anım tədbiri keçirilib.

“St. Lucie County” Şerif Ofisindən verilən açıqlamada hadisə yerinə silahlı hücumun təşkil edildiyi bildirilib. Şerif Ofisinin rəis müavini Brian Hester, atəşin “bir növ fikir ayrılığı” səbəbindən açıldığını və biri ağır olmaqla 8 nəfərin yaralandığını söylədi. Polisin hücumla bağlı araşdırma başlatdığını ifadə edən Hester, hadisənin birdən çox təcavüzkar tərəfindən törədilə biləcəyinin də vurğulandığını ifadə etdi. Hester sülh və bərabərlik üçün çalışan bir insanın xatirəsini anma mərasimində belə bir hadisənin baş verməsini də kədərləndirdi.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]