ABŞ mediasında diqqət çəkən təhlil: Türkiyə ABŞ-a gücünü göstərdi – FOTO-Özəl

Amerika mediasında aparılan təhlildə Türkiyənin qlobal aktor rolu ilə ABŞ-ın gücünün sərhədlərini göstərdiyi şərh edilib.
Xarici işlər naziri Mövlud Çavuşoğlunun ABŞ-dakı təmasları davam edərkən, Amerika mediasında F-16-lar gündəmdədir. Çavuşoğlu amerikalı həmkarı Antoni Blinkenlə görüşüb və ABŞ-dan F-16-ların Türkiyəyə satışı ilə bağlı yeni açıqlama gəlib.
Aktualtv.az xəbər verir ki, xarici İşlər sözçüsü Ned Price, “Prezident Bayden iyun ayında F-16-ların Türkiyəyə satılmalı olduğunu söylədi. NATO-nun dəyərli üzvü olan Türkiyənin üzləşdiyi risklərə qarşı özünü müdafiə edə bilməsi lazımdır. Satışda əsas rol F-16-ların Türkiyəyə “Bu, Konqresə məxsusdur. NATO-nun əsas müttəfiqi olan Türkiyə qanuni təhlükəsizlik təhdidləri ilə üz-üzədir.”
F-16-larla bağlı müzakirələr davam edərkən, Amerika mediasında aparılan təhlildə Türkiyənin qlobal bir aktor kimi rolunun önə çəkildiyi, ABŞ-ın gücünün məhdud olduğu göstərilirib.
Vaşinqtonda çıxan Amerikanın The Hill qəzetində dərc olunan təhlildə “Türkiyə getdikcə çoxqütblü dünyada ABŞ-ın gücünün hüdudlarını qəbul etmə ehtiyacının yaxşı nümunəsidir”. ifadələrdən istifadə edilmişdir.
Türkiyənin qlobal bir aktor olduğu vurğulanan xəbərdə prezident Ərdoğanın Avropa, Yaxın Şərq, Orta Asiya və Qafqazda nüfuzunun olduğu vurğulanıb.
F-16 SATIŞININ BAĞLANMASI İŞLƏMİR
Ukrayna müharibəsinin Ərdoğanın müstəqil real siyasətini kəskin şəkildə ifşa etdiyi bildirilərkən, izlədiyi balans siyasəti vurğulanıb. Xəbərdə bir tərəfdən Ukrayna ilə güclü və iqtisadi əlaqələri olan prezident Ərdoğanın vasitəçiliyi ilə F-16-ların Türkiyəyə satışının qarşısının alınması, digər tərəfdən isə taxıl böhranının həllinə vasitəçilik edildiyi bildirilib.

Təhlildə “Ərdoğan hesab edir ki, NATO-nun Şərqi Aralıq dənizi və Qara dənizdə güvən mənbəyi olan Türkiyəyə daha çox ehtiyacı var. Ukrayna bu fikri gücləndirir. ABŞ başa düşməlidir ki, Vaşinqton və Ankaranın fərqli gündəmləri və maraqları var. NATO müttəfiqi və ya olmasın, ABŞ və Türkiyənin maraqları məhdud kəsişmə nöqtəsinə malikdir”. Təhlilin müəllifi Robert Manninq bəyan edib ki, ABŞ-ın daha çox təvazökarlığa və diplomatik çevikliyə ehtiyacı var və Birləşmiş Ştatlar onun gücünün həddi-hüdudu olduğunu başa düşməlidir.

Büllur Məmmədova

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]