Yeni Zelandiyanın Baş naziri Casinda Ardern fevral ayında vəzifəsini tərk edəcəyini və bu il keçiriləcək ümumi seçkilərdə iştirak etməyəcəyini açıqlamışdı. Televiziyaya verdiyi açıqlamada 42 yaşlı baş nazir Ardern ən geci fevralın 7-də vəzifəsindən ayrılacağını bildirərək, “İndi bilirəm ki, bu işi ədalətlə yerinə yetirmək üçün kifayət qədər gücüm yoxdur. Davam etsəm, Yeni Zelandiyaya zərər verəcək”.
Aktualtv.az xəbər verir ki, Yeni Zelandiyanın ən gənc qadın baş naziri istefa verməyə hazırlaşır. Mətbuat konfransında çıxış edən 42 yaşlı siyasətçi bu ilin oktyabrında keçiriləcək seçkilərdə iştirak etməyəcəyini bildirib. Ardern Leyboristlər Partiyasının rəhbərliyini də tərk edəcəyini bildirib.
Son zamanlar bu mövzuda düşündüyünü və “yalnız bir il deyil, başqa bir müddətə” hazırlanmaq üçün bir yol tapmağı ümid etdiyini ifadə edən Ardern bunu bacarmadığını bildirib. “Ölkəni sülh dövründə idarə etmək başqa şeydir, böhran zamanı onlara rəhbərlik etmək başqa şeydir” dedi Ardern.
“Mən artıq yetərli deyiləm”
Peşənin tələblərindən xəbərdar olduğunu qeyd edən Ardern, “Artıq bilirəm ki, bu işi ədalətlə yerinə yetirmək üçün kifayət deyiləm. Davam etsəm, Yeni Zelandiyaya zərər verəcəm”. Ardern 2017-ci ilin oktyabrında 37 yaşında baş nazir seçilərək dünyanın ən gənc qadın baş naziri olub.
Büllur Məmmədova