“İndiyə qədər bunların qabağını nə almışdı ki, bunlar indi saziş imzaladılar”- Politoloq-Özəl açıqlama

“İrəvan 1875-ci ildə birmənalı şəkildə Ermənistanın nəzarətinə keçib. Ona qədar isə İrəvanı Qacarlar idarə edib. Şəhərin başçısı, meri türklər olub. 150 il sonra isə İrəvanla Tehranın yaxınlaşması siyasi addımdır, indiyə qədər bunların qabağını nə almışdı ki, bunlar indi saziş imzaladılar”.

Bunu Aktualtv.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev söyləyib.

Politoloq bildirib ki, bu İranın molla rejiminin xəyanətkar siyasətinin bir ifadəsidir. Bunlar o, dərəcə çaşıblar ki, təkcə “bir millət iki dövlət” deyə bilmirlər qalan hər şeyi deyirlər. İki millət yerini dəyişərək iki millət bir dövlət, iki din bir dövlət, iki köklü dövlət, iki müxtəlif sivilizasiya ağıllarına nə gəlirsə bunun hamısını gündəmə gətirirlər. Təbii ki, bu sifarişdir, siyasi sifarişdir, sifarişi də mollar rejimi verir. Bozbaş mollanın bundan artıq düşüncə tərzi ola bilməz.

Cümşüd Nuriyev bildirdib ki, amma başa düşmürlər ki, İrəvanla Tehran eynidir, ikisi də Türk şəhəridir Tehranda farslar iki dəfə hakimiyyətə gəlib. Hakimiyyətdə olduqları zaman Tehranı paytaxt olmaqdan çıxardıblar. Şah İsmayılın nəvəsi ikinci Təhmasib gələndən sonra yenidən Tehranı paytaxt elan edib. Ona görə də, 1300 ildir Türk məsələsini içlərina sindirə bilmirlər. Farslar ona görə bu məsələni içlərinə sindirə bilmirlər, ermənilərə də yaxanlıq edirlər. Amma biz həm 44 günlük müharibədə, həm 30 il işgal vaxti gördük ki Fars molla rejimi xəyanətlə məşğuldur. Bu da xəyanətin davamıdır belə şeylərə pis olmaq da lazım deyil. Bu əlacsızlıqdan İranın əl atdığı növbəti təxribatdır. Ermənistan başa düşməlidir ki, farslarda bacı məsələsi biraz təhlükəlidir.

Murad Ramizoğlu

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]