İran Avropa Parlamentini qeyri-peşəkarlıqda ittiham etdi

İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian və Aİ-nin xarici siyasət üzrə ali nümayəndəsi Cozep Borrell arasında telefon danışığı olub.

Aktualv.az İRNA agentliyinə istinadən xəbər verir ki, tərəflər Avropa Parlamentinin İrana qarşı qətnamə layihəsini qəbul etməsindən sonra fikir mübadiləsi aparıb.

Abdullahian Avropa Parlamentinin gərgin və emosional yanaşmasını sərt şəkildə tənqid edərək, bunu düşünülmüş və yanlış davranış hesab edib: “Təəssüf ki, bu gün biz Avropa Parlamentinin emosional, sərt və qeyri-peşəkar, rasionallığa və sivilliyə zidd olan qətnamə layihəsinin qəbul edilməsinin şahidi olduq”.

Onun sözlərinə görə, diplomatiya aləmində qarşılıqlı təhlükəsizliyə hörmət edilməli, təhdid və qeyri-dost hərəkətlərin dilindən getmək əvəzinə, qarşılıqlı etimadın artırılması gündəmdə olmalıdır.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]