Mövlud Çavuşoğlu ilə Entoni Blinken arasında vacib görüş-Özəl

ABŞ-ın paytaxtı Vaşinqtonda Mövlud Çavuşoğlu ilə Dövlət katibi Entoni Blinken arasında görüş keçirilib.

Aktualtv.az xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Qeyd olunub ki, Çavuşoğlu ilə Blinken ikitərəfli münasibətlərlə yanaşı, F-16 təyyarələrinin satışı məsələlərini də müzakirə edib.

Mövlud Çavuşoğlu amerikalı həmkarı Entoni Blinkenlə görüşdə Azərbaycan-Ermənistan arasında olan normallaşma prosesini də müzakirə edib.

“Qafqazdakı proseslər, Türkiyə-Ermənistan, Azərbaycan-Ermənistan normallaşma prosesi ətrafında fikir mübadiləsi apardıq”, – Çavuşoğlu qeyd edib.

Murad Ramizoğlu/Aktualtv.az

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]