Peyvəndin yan təsirlərinin müzakirəsinə son qoyuldu: Nəticələr açıqlandı – ÖZƏL

3 ildən artıqdır ki, koronavirusla mübarizə aparan dünya indi Omicron alt variantı XBB.1.5 üçün xəbərdardır. Dünyada yoluxma hallarının sayı artmaqda davam edərkən, ABŞ-dan peyvəndlərin yan təsirləri ilə bağlı müzakirələrə son qoyan bir açıqlama gəldi.
Aktualtv.az xəbər verir ki, 2019-cu ilin son aylarında Çinin Uhan şəhərində ortaya çıxan koronavirus (Kovid-19) bütün dünyada milyonlarla insanın həyatına son qoyub.

Bir çox vərdişlərimizi geridə qoymağımıza səbəb olan virus, hələ də versiya dəyişməyə və yayılmağa davam edir.

Dünyada XBB.1.5 hallarının artdığı bir vaxtda ABŞ-ın epidemiya üzrə ən nüfuzlu qurumu peyvəndin yan təsirləri ilə bağlı müzakirələrə son qoydu.

Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzləri (CDC) və Qida və Dərman İdarəsi (FDA) 65 yaşdan yuxarı xəstələrdə insult riskinin artması ilə bağlı iddiaları diqqətlə araşdırdı.

CDC və FDA, araşdırmaların Pfizerin Kovid Peyvəndi və sözügedən risklə əlaqəli olmadığı qənaətinə gəldiyini açıqladı.

“Biz bütün məlumatları nəzərdən keçirdik və hazırda bunun əsl təhlükə olduğuna dair heç bir narahatlıq yoxdur” dedi FDA rəsmisi.

Digər tərəfdən, CDC peyvənd olunmamış insanların koronavirusdan ölmə ehtimalının 9 dəfə çox olduğu qənaətinə gəlib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]