“Təhsilimiz ildən-ilə inkişafa yox, tənəzzülə doğru gedir” – Deputat

“Ötən il təhsilimiz üçün uğurlu olmadı. Təhsildə bir sıra ciddi problemləri müşahidə edirik, onların da böyük əksəriyyəti həll olunmur”.

Aktualtv.az  xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Deputat bildirib ki, Azərbaycan təhsili ildən-ilə inkişafa yox, tənəzzülə doğru gedir: “Elm və Təhsil Nazirliyi yaradıldı. Nazirliyə verilən strukturlarla bağlı hansı işlər gedir? Bu gün hansısa konkret iş yoxdur. Tənqidlər səsləndiririk, onların heç birinə fikir bildirilmir. Biz təhsilimizin inkişafını müzakirə etmək əvəzinə, sanitar qovşaqları müzakirə edirik. Bu, ciddi bir məsələdir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]