Trampın vəsiyyəti mətbuata sızdı: Keçmiş dayəyə milyon dollarlıq ev vəsiyyət etdi- Özəl

Donald Trampın keçmiş həyat yoldaşı İvana Trampın vəsiyyəti ilə bağlı təfərrüatlar mətbuata sızıb. 34 milyon dollarlıq sərvəti Trampın sərvətini paylaşdığı adamların adları açıqlanıb.

Aktualtv.az xəbər verir ki, İvana Trampın ölümündən sonra məlum olub ki, o, 34 milyon dollarlıq sərvətini uşaqları, dostları və xeyriyyə təşkilatları arasında bölüşdürüb.

İvana Tramp həyatında dəyərli olan hər şeyi vəsiyyətnaməsində göstərib. O, itini, paltarlarını, milyon dollarlıq əmlakını, qiymətli əşyalarını keçmiş dayəsinə və sonuncu ərinə vəsiyyət edib. Ən diqqət çəkən detal isə keçmiş həyat yoldaşı, uşaqlarının atası Donald Trampa heç nə vəsiyyət etməməsidir.

İvana Tramp zərgərlik əşyaları və xəz kolleksiyasının satışından əldə olunan gəlir də daxil olmaqla şəxsi əmlakının böyük hissəsini övladları Donald Tramp Jr, İvanka Tramp və Erik Trampa qoyub. O, paltarlarını Amerika Qırmızı Xaç Cəmiyyətinə və Qurtuluş Ordusu xeyriyyə təşkilatına buraxıb.

Trampın vəsiyyətnaməsindəki ən diqqət çəkən adlardan biri Doroti Karri olub. Tramp Floridada bir milyon dollarlıq mənzili yaxın dostu və keçmiş dayəsi Doroti Karriyə buraxıb. Trampın dəfn mərasimində danışan Karri, dostunun özünü tənha və ağrılı hiss etdiyini bildirib.

Qeyd edək ki, onların barışmasına və dəfnin Donald Trampın qolf klublarından birinin ərazisində keçirilməsinə baxmayaraq, İvana Tramp son vəsiyyətində keçmiş əri Donald Trampa heç nə qoymayıb. Cütlük 1990-cı ildə rəsmi olaraq boşanıb.

Şərh yaz

Sizin reklam burada

Reklam yerləşdirmək üçün əlaqə:

+994 70 650 05 60

[email protected]

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]