Tvitter ofisinin əşyaları satıldı: Əşyaların qiyməti isə HƏR KƏSİ TƏƏCCÜBLƏNDİRDİ —Özəl

Sosial media platforması Twitter-in ofis mebellərini satışa çıxardığı hərrac başa çatıb. Ən yüksək qiymətə satılan məhsul isə 100 min dollarla mavi quş heykəli olub.
Aktualtv.az xəbər verir ki, milyarder iş adamı Elon Mask tərəfindən satın alındıqdan sonra maliyyə böhranı iddiaları ilə gündəmə gələn sosial media platforması Twitter-in San-Fransiskodakı ofisində satışa çıxarılan əşyaların yer aldığı hərrac başa çatıb. Onlayn hərracda mavi quş heykəli 100 min dollara alıcı tapdı və ən yüksək təklifi alan məhsul olub.
Bundan əlavə, “@” simvolu şəklində olan dekorativ gül çəni 15 min dollara satılıb. Təkrar emaldan əldə edilən taxta masa da 10 min 500 dollara onun yeni sahibi olub. İtaliya istehsalı olan espresso maşını da 13500 dollarlıq yekun təklifi alıb. Dünən başlayan hərracda 631 adda əşya satışa çıxarılıb.
Elon Musk tərəfindən satın alındıqdan sonra maliyyə böhranı iddiaları ilə gündəmdən düşməyən Twitter, keçən dekabr ayında ABŞ-ın San-Fransisko şəhərindəki qərargahında bəzi əşyaları hərraca çıxaracağını açıqlamışdı.
Maskın sərt qənaət tədbirləri tətbiq etdiyi bir vaxtda elan edilən qərar böhranla bağlı söz-söhbətləri gücləndirdi. Buna baxmayaraq, satış qərarının şirkətin maliyyə vəziyyəti ilə bağlı olmadığı açıqlanıb.

Etibar Məmmədov

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]