Əfqanıstanda soyuq hava səbəbindən azı 26 nəfər həyatını itirib.
Aktualtv.az xəbər verir ki, Əfqanıstanda kifayət qədər istilik və sığınacaq şəraiti olmadığı üçün qış aylarında insan tələfatı olur. Şiddətli soyuqların təsirini göstərməyə başlaması nəticəsində ölkədə ən azı 26 nəfərin öldüyü bildirilib. Temperaturun mənfi 20 dərəcəyə endiyi Əfqanıstanda azı 4 min iribuynuzlu heyvanın tələf olduğu bildirilir.
Herat Bölgə Xəstəxanasından verilən açıqlamada, Heratda ən azı 70 nəfərin hipotermiya nəticəsində xəstəxanaya yerləşdirildiyi, 4 nəfərin həyatını itirdiyi bildirilib. Badgisdə azı 5, Xost vilayətində 7, Faryabda isə 2 nəfər hipotermiyadan ölüb.
Səlahiyyətlilərin açıqlamasına görə, Sar-e-Pulda 1 nəfər, Bağlan əyalətində 5 nəfər, Cevzcanda isə 2 bank işçisi hipotermiyadan ölüb.
Qəndəhar vilayətinin səhiyyə rəsmiləri bildiriblər ki, şəhər və rayonlarında soyuq hava şəraiti ilə əlaqədar ən azı 1100 nəfər xəstəxanaya yerləşdirilib və daha sonra müalicə olunub.










