Almaniyanın “linyit kəndi” bölgəsində əlil ekoloqlar etiraz aksiyası keçiriblər – ÖZƏL

Almaniyanın Şimali Reyn-Vestfaliya (NRW) əyalətində “linyit kəndi” kimi tanınan Lützerathda bir qrup əlil ekoloq kömür mədəninin genişləndirilməsinin təbiətə vurduğu ziyana diqqət çəkmək üçün aksiya təşkil edib.

AktualTV.az xəbər verir ki, Meşə sahələrinin itirilməsinə və təbii həyata ziyan vurulmasına qarşı çıxan əlil ekoloqlar bu problemə diqqət çəkmək və 6 gündür rayonda etiraz aksiyası keçirən ekoloqlara dəstək olmaq üçün əlil arabaları ilə özlərini beton körpünün üzərinə asıblar.

Daha sonra polis kranın köməyi ilə nümayişçiləri aşağı salıb.

Digər tərəfdən bölgədə beton tuneldə olan və daha əvvəl edilən çağırışlara tabe olaraq tuneli tərk edən 8 fəaldan sonra son 2 fəalın könüllü olaraq tuneli tərk edən 8 fəaldan sonra son 2 fəalın könüllü olaraq tuneli tərk etdiyi bildirilib.

Qeyd olunub ki, aksiyanın 2 fəal üçün hüquqi nəticəsi olub-olmayacağı hələlik məlum deyil.

Polis mədən ərazisinə girişi qadağan edərkən, əraziyə yaxın ərazidə toplaşan ekoloqlar musiqi sədaları altında rəqs edib, şüarlar səsləndiriblər.

Almaniyada kömür istehsalı qısa müddətdə artacaq Alman hökuməti kömürlə işləyən istilik elektrik stansiyalarını 2030-cu ilə qədər bağlamaq qərarına gəlmişdi, lakin Rusiya-Ukrayna müharibəsindən sonra Rusiyadan təbii qaz alışını dayandıran Almaniya enerji təchizatını təmin etmək üçün alternativ yollar axtardı. .

Hökumət bəzi kömür stansiyalarını yenidən şəbəkəyə qoşmaq və dayandırılması planlaşdırılan bəzi stansiyaların ömrünü uzatmaq qərarına gəlib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]