‘Ataların atası’ kimi tanınan mafiya lideri Matteo Messina Denaro 30 ildən sonra həbs olundu.
Avropanın ən çox axtarılan mafiya lideri, “ataların atası” kimi tanınan Matteo Messina Denaro 30 illik qaçaq həyatından sonra yaxalanıb. İtaliyanın baş naziri Giorgia Meloni xəbəri “mafiya qarşısında təslim olmadığını göstərən dövlətin böyük qələbəsi” olaraq şərh edib.
AktualTV.az xəbər verir ki, Siciliya adasında yerləşən “ataların atası” kimi tanınan “Cosa Nostra”nın lideri Matteo Messina Denaro adanın paytaxtı Palermoda özəl klinikalardan birində ələ keçirilib.
Əməliyyatı həyata keçirən jandarm qüvvələrinin xüsusi əməliyyat bölməsinin verdiyi açıqlamaya görə, ROS, Messina Denaro müalicə üçün getdiyi klinikada yaxalanıb.
Qeyd edək ki, Matteo, 1993-cü ildən bəri axtarılırdı.










