“Həyat hekayəm güllə səsi altında başlayıb”

Aparıcı Jalə Həsənli sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.

1990-cı il 20 Yanvar günü dünyaya gəldiyini bildirən aparıcı 33 yaşı tamam olduğunu vurğulayıb:

“Qaranlıq gecədə, şam işığında, güllə səsi altında başlayıb bu həyatdakı hekayəm. Ləyaqətli, şərəfli, mübariz insanların şəhid olduğu gecədə dünyaya göz açmışam. Bəlkə də elə onun təsiridir ki, illərdir ətrafıma da şərəfli və əzmkar insanları toplamağa çalışıram. Alınıbmı? Məncə, alınıb! Bu yaşıma qədər yaxşı dostlar qazanmışam, gözəl xatirələr toplamışam və nəticəsindən dərs çıxaracağım hadisələr yaşamışam. Ətrafımızda bu qədər çirkinliyin yaşandığı bir vaxtda özümə ancaq bir şeyi arzu edirəm: Allah ürəyimdən mərhəməti, başımdan ağlımı, yanımdan güvəndiyim, sevdiyim insanları əskik etməsin!”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]