London Metropolitan Polis Xidmətinin yüksək rütbəli polis məmuru qadınlara qarşı ən azı 49 cinsi təcavüz cinayəti törətdiyini etiraf edib. Qurbanlarını qorxutmaq üçün vəzifəsindən sui-istifadə etdiyini etiraf edən Devid Kerrik adlı məmurun 24 zorlama cinayəti törətdiyi və iki dəfə zorlamaya cəhd etdiyi açıqlanıb.
Aktualtv.az xəbər verir ki, Tac Prokurorluğu (CPS) tərəfindən edilən açıqlamada, Karrikin etiraf etdiyi 49 cinayətdən bəzilərinin birdən çox cinayəti ehtiva etdiyi və ümumi cinayət sayının ən az 71 olduğu ifadə edildi.
Karrick bazar ertəsi Southwark Crown Məhkəməsindəki dinləmədə 2003-cü ildə 40 yaşlı qadını dörd dəfə zorladığını və saxladığını etiraf etdi.
Karrick bildirib ki, qurbanlarından birini zorla evində pilləkənlərin altındakı kiçik şkafda saxlayıb.
47 yaşlı Karrik polis qüvvələrinin Parlament və Diplomatik Mühafizə Komandanlığı adlı xüsusi bölməsində xidmət edirdi.
Vəzifəsindən uzaqlaşdırılan Karrikin istintaqı 2021-ci ilin oktyabrında bir qadının şikayəti ilə başladı və o vaxtdan bəri cəmi 12 qadın Karrik tərəfindən hücuma məruz qaldıqlarını bildirdi.










