İsrail qüvvələri işğal altındakı İordan çayının qərb sahilində italyan fəalı saxlayıb – ÖZƏL

A VPN is an essential component of IT security, whether you’re just starting a business or are already up and running. Most business interactions and transactions happen online and VPN

İsrail qüvvələrinin işğal altındakı İordan çayının qərb sahilində fələstinli jurnalistin evində olan italiyalı fəalı saxladığı bildirilir.

AktualTV.az xəbər verir ki, Fələstinin rəsmi xəbər agentliyi WAFA-da yer alan xəbərə görə, İsrail əsgərləri Beytlehem şəhərindəki Dehişa Qaçqınlar Düşərgəsinə basqın ediblər.

Əsgərlər İsrail həbsxanasında inzibati həbsdə olan 54 yaşlı fələstinli jurnalist Nidal Əbu Akkarın evinə girərək orada olan italyan fəal Stefanini saxlayıblar.

İsrail ordusundan verilən yazılı açıqlamada bu gün İordan çayının qərb sahilində 19 nəfərin nəzarətə alındığı açıqlanıb, lakin italyan fəalla bağlı hər hansı məlumat yoxdur.

18 ilə yaxın İsrail həbsxanasında saxlanılan fələstinli jurnalist Nidal Əbu Əkkar ötən ilin avqustunda yenidən saxlanılıb.

İsrailin “inzibati həbs” təcrübəsi “İnzibati həbs” praktikası İsrailin işğal etdiyi ərazilərdə fələstinliləri heç bir ittiham irəli sürmədən həbs etməsi deməkdir. Fələstinlilər, onlara qarşı irəli sürülən ittihamı öyrənmədən və müdafiə hüququ olmadan 6 aya qədər həbs edilə bilər.

Bu müddətdən sonra hərbi məhkəməyə sövq edilən, lakin ittihamlardan xəbəri olmayan bir fələstinlinin həbs müddəti dəfələrlə 5 ilə qədər uzadıla bilər.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]