Lützerath kəndindəki ekoloqların əksəriyyəti kənddən təxliyə edilib – ÖZƏL

Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətində günlərdir etiraz aksiyası keçirən ekoloqların əksəriyyəti Lützerath kəndindən təxliyə edilib.

Aktualtv.az xəbər verir ki, Almaniyanın Şimali Reyn-Vestfaliya əyalətinin Erkelenz qəsəbəsində “Linyt kəndi” kimi tanınan Lützerathda təhlükəsizlik qüvvələri RWE enerji şirkətinə məxsus yeraltı kömür yataqlarının istismarına qarşı çıxan ekoloqlara müdaxilə etməkdə davam edir.

Təhlükəsizlik qüvvələri etirazçıların əksəriyyətini kənddən təxliyə edib. Bəzi ekoloqlar özlərini ağaclara bağlayıb, bəziləri isə evlərin damına çıxıb və ya binalarda gizləniblər. Təxliyyəyə müqavimət göstərən ekoloqları tikinti texnikası ilə yerə endirən təhlükəsizlik qüvvələri, damlara çıxaraq evlərdə gizlənən etirazçıların əksəriyyətini saxlayıb. İki etirazçı qazılan tunellərdə gizlənirdi, təhlükəsizlik qüvvələri isə etirazçıları tuneldən çıxarmaq cəhdini dayandırıb. Təxliyə zamanı iki etirazçının özlərini zəncirləməsi ilə əməliyyat başa çatıb.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]