Şeyx İran barədə: “Sən demə qardaşın başqa qardaşı da varmış”

“Mən qardaşımdan bunu gözləmirdim. Sən demə qardaşın başqa qardaşı da varmış”.

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə jurnalistlərə açıqlamasında bildirib.

O, İranın səhv yoldan dönəcəyinə ümid bəslədiyini vurğulayıb:

“Biz onlara qardaş deyirik. Çünki biz İranı belə tanıyırdıq. Gördük ki, bu qardaşın başqa qardaşı da var imiş. Biz ögey qardaşı imişik. Mən elə bilirəm ki, onlar səhvlərini başa düşərlər. Onlar başa düşərlər ki, bu, islam tarixində də böyük səhvdir. Ümid edirəm ki, səhvlərini başa düşüb qayıdacaqlar.

Yenə də qonşu dövlətdir. Şeyx kimi istərdim ki, bütün dövlətlərlə münasibətlərimiz yaxşı olsun. Eyni zamanda, İranla da. Amma İran bu addımları atmamalıdır. Bizə qardaş deyəndə yalandan deməməlidir”.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]