Almaniyanın səhiyyə naziri Karl Lauterbax ABŞ-da təsirli olan Kovid-in yeni alt variantı Omicron XBB.1.5 haqqında xəbərdarlıq edib. Nazir qeyd edib ki, XBB variantı ABŞ-da xəstəxanaya yerləşmə indeksini artırıb.
Aktualtv.az xəbər verir ki, Almaniyanın Səhiyyə Naziri Karl Lauterbax dünən verdiyi açıqlamada, “Yeni XBB.1.5 variantı ABŞ-ın şimal-şərqində xəstəxanalara qəbulu artırır” dedi. “Ümid edirik ki, belə bir variant bizə yoluxmazdan əvvəl qışdan çıxa bilərik. Hazırda XBB.1.5-in Almaniyada olub-olmadığını və onun nə qədər güclü olacağını izləyirik”. XBB variantı son 2 həftə ərzində ABŞ-da dominant hala gəlmişdir və xəstəxanaya yerləşdirilmə nisbətini artırmışdır.
Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru Tedros Adhanom Ghebreyesus dünən verdiyi açıqlamada yeni variantların yaxından izlənildiyini bildirib.










