Bəxtiyar Hacıyevin həbs müddəti UZADILDI

Bəxtiyar Hacıyev barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

Aktualtv.az apa-ya istinadən xəbər verir ki, Xətai Rayon Məhkəməsində keçirilən iclasda həbs qətimkan tədbirinin davamı ilə bağlı təqdimat təmin edilib. Qərara əsasən, Bəxtiyar Hacıyevin həbs müddəti 38 gün uzadılıb.

Qeyd edək ki, Bəxtiyar Hacıyevə qarşı Cinayət Məcəlləsinin 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1 (məhkəməyə hörmətsizlik etmə) maddələri ittiham irəli sürülüb.

Xətai Rayon Məhkəməsinin qərarı ilə Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbiri seçilib.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]