Cənubi Koreyada “qodoksa” adlanan “tənha ölüm” halları artmaqdadır. Səlahiyyətlilər bu vəziyyətə qarşı bəyanatda bildiriblər ki, cəmiyyətdə dəyişən hadisələr insanlarda dərin psixoloji pozğunluqlar yaradır və onları intihara sürükləyir.
AktualTV.az xəbər verir ki, ölkədə evdə tək yaşayan, ailə üzvlərindən və dostlarından təcrid olunmuş insanların intiharları həftələrlə diqqətdən kənarda qala bilir. Bu vəziyyət Cənubi Koreyada adi bir ölüm yolu kimi qəbul edildiyi üçün mütəxəssislər ən qısa zamanda tədbirlərin görülməsinin lazım olduğunu bildiriblər.
Məlumatlara görə, 50 və 60 yaşlarında olan qrupların reytinqi intihar səbəbli ölümlərin 60 faizini təşkil edir. Bununla belə, ölkədə tənha ölümlərin 6-8 faizini təşkil edən 20-30 yaşlı gənclər də daxil olmaqla, bütün yetkin yaş qruplarında digər illərə nisbətən artım müşahidə olunub.










