Cənubi Koreya şirkəti tərəfindən hazırlanan texnologiya ilə insanlar həyatını itirən yaxınları ilə görüntülü söhbət edə biləcəklər. Çoxları yeni texnologiyanı qorxunc kimi təsvir etsə də, istehsalçı onların layihəsinin insanların kədərlənmə prosesini azaldacağını iddia edir.
Distopik elmi fantastika filmi kimi səslənsə də, Cənubi Koreyalı bir proqram şirkəti insanları ölü tanışlarına qovuşdurmaq üçün qeyri-adi bir layihəyə başladı.
Aktualtv.az xəbər verir ki, Seulda yerləşən “DeepBrain AI” şirkəti vəfat etmiş insanların video görüntüləri, audio yazıları və fotolarından istifadə edərək virtual profil yaradır.
Süni İntellektlə yaradılan görüntü həyatını itirən insanların səslərini və üz ifadələrini təqlid etməklə yanaşı, qarşısındakı insanın suallarını da cavablandırır, hətta xatirələrindən də danışır.
Şirkət ilk dəfə Las-Veqasda keçirilən İstehlak Elektronikası Sərgisində təqdim edilən layihənin insanların kədərlənmə prosesini azaldacağını iddia etmişdir. Bununla belə, layihəyə qarşı reaksiyalar da var.
Bəzi insanlar mərhum yaxınlarını yenidən onların qarşısında görmək fikrinin qorxuducu olacağını düşünür.
Digər insanlar isə deyirlər ki, şirkət insanların dərdindən istifadə edərək qazanc əldə edir və bu, qeyri-etikdir.










