İngiltərədə “Strep A” bakteriyasının yaratdığı infeksiyaya görə 21-i uşaq olmaqla 94 nəfər ölüb.
Aktualtv.az xəbər verir ki, İngiltərədə Strep A bakteriyasından ölənlərin sayı artır. İngiltərə Sağlamlıq Təhlükəsizliyi Agentliyinin (UKHSA) verdiyi açıqlamada, Strep A bakteriyasının yaratdığı infeksiya səbəbiylə indiyədək 94 nəfərin öldüyü bildirilib.
Ölənlərdən 21-nin yaşı 18-dən az olan uşaqlar və ya yeniyetmələr olduğu bildirilib. 2017-2018-ci illər ərzində Strep A-dan 27-si 18 yaşdan kiçik olmaqla 355 nəfərin dünyasını dəyişdiyi xatırladılıb.
UKHSA keçən həftə verdiyi açıqlamada, yeni bir bakteriyal növün ortaya çıxdığına dair heç bir dəlil olmadığını və hadisələrin artmasının çox güman ki, yüksək səviyyəli bakteriyalar və artan sosial qarşılıqlı əlaqə səbəbindən olduğunu söylədi.
Qeyd edək ki, soyuqdəymə və boğaz şişməsi ilə özünü göstərən Strep A bakteriyası bədənin müxtəlif yerlərində qızartı və dəri infeksiyasına, ciddi fəsadlarda isə ölümə səbəb ola bilər.










