Minimum əmək pensiyasının məbləği ARTIRILIR

Əmək pensiyasının minimum məbləğinin artırılmasına dair qanun layihəsi Milli Məclisə daxil olub.

Aktualtv.az  xəbər verir ki, “Əmək pensiyaları haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, əmək pensiyasının minimum məbləği 240 manatdan 280 manata qaldırılır.

Qanun qəbul ediləcəyi təqdirdə 1 yanvar 2023-cü ildən qüvvəyə minəcək.

Qanun layihəsi yanvarın 23-də parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında müzakirə ediləcək. Eyni zamanda fevralın 1-də Milli Məclisin yaz sessiyası çərçivəsində keçiriləcək ilk iclasının gündəliyində yer alacaq.

Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” 5 yanvar 2023-cü il tarixli sərəncama əsasən, Nazirlər Kabinetinə 10 gün müddətində əmək pensiyasının minimum məbləğinin 280 manata çatdırılmasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılmışdı.

Şərh yaz

AKTUAL TV

YouTube Kanalımıza Abunə olaraq ən son videolar barədə xəbərdarlıq mesajı alın!

VİDEO ÇƏK GÖNDƏR!

Maraqlı və önəmli hesab etdiyiniz hadisələri videoya çəkərək Bizə göndərə bilərsiniz.

Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

© 2021 Aktual TV. Müəllif hüquqları qorunur.

Bizimlə Əlaqə: +994 70 650 05 60 | [email protected]