Özbəkistanda Hindistanın “Marion Biotech” şirkətinin 19 uşağın ölümünə səbəb olan “Dok-1 Max” öskürək siropunun daha bir uşağın ölümünə səbəb olduğu bildirilib.
Aktualtv.az xəbər verir ki, Özbəkistan Səhiyyə Nazirliyindən verilən açıqlamada Hindistanın Marion Biotech şirkətinin Namanqan vilayətində istehsal etdiyi “Dok-1 Max” öskürək siropunun istifadəsi nəticəsində 3 yaşlı uşağın öldüyü bildirilib.
Açıqlamada uşağın ölümünün ötən ayın sonunda baş verdiyi qeyd edilib.
Dərmanın ölkədə satışı qadağan edilib.
Ötən ay Səmərqənddəki uşaq xəstəxanasında “Dok-1 Max” şərbətindən istifadə edən 18 uşaq, Kaşkədərya rayonunda isə 1 uşaq həyatını itirib.
Məsələ ilə bağlı başlanmış araşdırmalar çərçivəsində öskürək siropunun laborator analizlərində preparatın tərkibində “etilen qlikol” adlı zəhərli maddə aşkar edilərək, preparatın ölkə ərazisində satışı qadağan edilib.










